Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib.
O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.
Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.