Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarının Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirakı ilə bağlı qərarını dəyişib.
Fanat.Az xəbər verir ki, qurum bu ölkələrin paralimpiyaçılarının yarışa qatılmasına qadağa qoyub.
“İdmançıların təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Olimpiya kəndində vəziyyət gərginləşir və hazırda gərgin olaraq da qalır. Bizim borcumuz ilk növbədə konstitusiyada təsbit olunmuş Paralimpiya Missiyası çərçivəsində Oyunların uğurlu təşkilinə zəmanət vermək və nəzarət etməkdir. Əsas idmançıların sağlamlığıdır. İştirakşıların rifahı bizim üçün həmişə əsas qayğı predmeti olub və olacaq. Bugünkü qərar birbaşa 83 paralimpiyaçıya aiddir. Lakin Rusiya və Belarus paralimpiyaçıları Pekində qalsalar, qalan ölkələrin Oyunları tərk etmə ehtimalı var. Əgər bu baş versə, nəticələr daha pis olacaq”, - deyə IPC prezidenti Endryu Parsons bildirib.
Qeyd edək ki, daha əvvəl İPC yığmaların Oyunlarda neytral statusda, bayraqsız və himnsiz iştirak edə biləcəyini açıqlamışdı.
Pekin-2022 Qış Paralimpiya Oyunları 4-13 mart tarixlərində keçiriləcək.
Emin