10:17 17.01.2023 751

"2023 2022-dən də uğurlu olacaq" - Dünya çempionu ilə MÜSAHİBƏ

Azərbaycanın qadınlardan ibarət şahmat millisinin üzvü, gənclər arasında dünya çempionu Gövhər Beydullayevanın Fanat.Az-a müsahibəsi

- Gövhər, 2022-ci ili kifayət qədər uğurlu nəticələrlə yola saldınız. Cari ildə qarşıya qoyulan əsas hədəflər nədir?
- 2022-ci ildə bir çox uğurlarım oldu. Ümid edirəm ki, 2023-cü il həm mənim, həm də ümumilikdə Azərbaycan şahmatı üçün uğurlu bir il olacaq. Bu il iyulda Bakıda keçiriləcək Dünya Kuboku ilə yanaşı, bir sıra güclü beynəlxalq yarışlarda iştirak etməyim planlaşdırılır. Bunlar qadınlar arasında şəxsi Avropa çempionatı, komandalar arası Avropa çempionatı, 20 yaşadək şahmatçılar arasında dünya çempionatı və rapid və blits üzrə dünya çempionatlarıdır. Bu turnirlərə yüksək səviyyədə hazırlaşaraq əlimdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyəm. İnanıram ki, bu il 2022-ci ildən də uğurlu olacaq.

- Gələn ay Azərbaycan çempionatı keçiriləcək. Yarışın son qalibi isə sizsiniz. Yarışa necə hazırlaşırsınız? Titulunuzu qoruyacağınıza inam nə dərəcədədir?
- Hələ yarışın formatı və oyunçular haqqında məlumat olmasa da, məni güclü bir turnirin gözləyəcəyinə əminəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, layiq olan bu turniri qazanacaq.

- Bu il Bakıda Dünya Kuboku turniri keçiriləcək. Bu yarışla bağlı hansı hədəfiniz var?
- Keçən il 20 yaşlılar arasında dünya çempionu olmaqla Dünya Kubokuna vəsiqə qazandım. Bu, mənim oynayacağım ilk Dünya Kuboku olacaq. Bu turnir şahmat aləmində ən güclü və çətin yarışlardan biri hesab olunur. Burada təkcə klassik şahmat hazırlığı deyil, rapid və blits növləri üzrə hazırlıq tələb olunur. Turnirdə məğlub olan şahmatçı yarışı tərk edir. Əgər klassik partiyalarda hesab bərabər olarsa, rapid tay-breyki keçirilir, burada da xallar bərabər olarsa, blits, heç bir nəticə əldə olunmadıqda nəhayət, armageddon oynanılır. Hər bir halda yarış şahmatın 3 növü üzrə güclü hazırlıq tələb edir. Bundan başqa bu turnirdə insana çox güclü psixoloji hazırlıq lazım olur. Hər şahmatçı rəqibi ilə 2 dəfə görüşür. Əgər 1-ci oyun məğlub olmusansa, özünü toparlayıb 2-ci oyunu qələbəylə başa vurmaq üçün şahmatçıya böyük psixoloji güc lazımdır. Hazırda Dünya Kuboku ilə bağlı hazırlıqlar gedir. Burada ən yaxşı oyunumu ortaya qoymağa, güclü şahmatçılara qalib gəlməyə və mümkün olduğu qədər çox mərhələ irəliləməyə çalışacağam. 

- Komanda şəklində ilin əsas yarışı Avropa çempionatı olacaq. Son iki qitə çempionatının bürünc medalçısı olan yığma bu dəfə daha yüksək nəticəyə imza ata bilərmi?
- Bizim kifayət qədər güclü və perspektivli qadın yığma komandamız var. Keçən il Ümumdünya Şahmat Olimpiadasında qızıl medalın bir addımlığında olmağımızla nə qədər güclü bir komanda ola biləcəyimizi sübut etmişik. Sonuncu tur səhv strategiya seçimindən və deyərdim ki, bir az təcrübəsizlikdən Gürcüstan yığmasına məğlub olduq. Ancaq bu məğlubiyyətlə biz heç də həvəsdən düşmədik. Çalışacağıq ki, daha da güclənək. Bu il və növbəti illərdə həm Avropa çempionatında, həm də Ümumdünya Şahmat Olimpiadasında qızıl medal qazanmaq uğrunda çox çalışacağıq. Bilirəm ki, buna yetərincə gücümüz var. Sadəcə, dediyim kimi, yarış zamanı bəzi psixoloji məqamlar olur ki, şahmatçı onun öhdəsindən gəlməlidir. Komanda yarışlarında belə psixoloji məqamlar çox olur. Şahmatçı öz oyunuyla yanaşı, komanda yoldaşlarının oyununun gedişatından xəbərdar olmalı və öz oyununda riskə gedib-getməməli olduğuna düzgün qərar verməlidir. Elə ola bilər ki, komanda hesabda geri olduqda şahmatçı öz mənafeyini düşünməməli və riskə getməlidir. Bəzən isə bu, əksinə olur. Bundan başqa, ola bilər ki, komanda üzvü ard-arda bir neçə oyun eyni rəngdə fiqurlarla - qaralarla oynaya bilər. O, buna hazır olmalıdır. Bu cür məqamlarda düzgün qərarlar verdiyimiz və gücümüzü tam ortaya qoyduğumuz təqdirdə inanıram ki, biz qalib gələcəyik.

- Azərbaycan tarixində qızlar arasında dünya çempionu olan ilk şahmatçısınız. Yüksəlişdə olan şahmatçı kimi federasiyadan müvafiq dəstəyi görə bilirsinizmi?
- Federasiya tərəfindən şahmatçıların hazırlığının artırılması üçün xaricdən 2 məşqçi gətirilib. Təbii ki, biz də qadın milli yığmasının üzvləri olaraq bu məşqlərdən yararlanırıq. Lakin düşünürəm ki, Dünya Kuboku kimi güclü bir yarışa hazırlıq üçün hər bir şahmatçıya illik spesifik məşq planı hazırlanmalı və oyunun müxtəlif istiqamətlərinə uyğun olaraq bir sıra məşqçilərlə həm qrup, həm də fərdi şəkildə işlər getməlidir. Çox inanıram ki, mənə və mənim kimi bir çox gənc şahmatçılara federasiya tərəfindən bu istiqamətdə böyük dəstək göstəriləcək.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

Facebookdan bizi izləməyi unutmayın.
X