Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 14 təmsilçisi qüvvəsini sınayıb.
Sonuncu - XI turda şahmatçılarımızdan yalnız üçü - Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva öz görüşlərini qələbə ilə bitiriblər.
Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə etdiyi XI turda Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.
Qeyd edək ki, yekunda ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. 7 xal toplayan şahmatçı yarışı 25-ci pillədə tamamlayıb. Çempion 8,5 xalls gürcüstanlı Meri Arabidze olub.