Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsində bu gün ikinci turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Məmmədzadə ikinci turda ağ fiqurlarla Katerina Laqno (FIDE) ilə münasibətləri aydınlaşdıracaq. O, ilk turda qara fiqurlarla Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.
Qran-Pri
II tur
Günay Məmmədzadə - Katerina Laqno (FIDE)
Bibisara Assaubayeva (Qazaxıstan) - Polina Şuvalova (FIDE)
Tan Jongyi (Çin) - Oliviya Kiolbasa (Polşa)
Bela Xotenaşvili (Gürcüstan) - Aleksandra Kostenyuk (İsveçrə)
Aleksandra Qoryaçkina (FIDE) - Nana Dzaqnidze (Gürcüstan)
Harika Dronavali (Hindistan) – Diana Vaqner (Almaniya)
Turnir cədvəli: Məmmədzadə, Laqno, Çonqyi, Dronavali, Dzaqnidze, Vaqner - hərəyə 1 xal, Qoryaçkina, Kostenyuk, Şuvalova, Assaubayeva, Kiolbas, Xotenaşvili - 0.