Kiprin Nikosiya şəhərində Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də iştirakı ilə təşkil olunan qadınlar arasında FIDE Qran-Prisinin dördüncü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə millimizin lideri ilə yanaşı, Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Aleksandra Kostenyuk (İsveçrə), Tan Çonqyi (Çin), Bibisara Assaubayeva (Qazaxıstan), Harika Dronovalli (Hindistan), Aleksandra Qoryaçkina, Yekaterina Laqno, Polina Şuvalova (hamısı FIDE), Dinara Vaqner (Almaniya) və Oliviya Kiolbasa (Polşa) mübarizə aparır.
Məmmədzadə yarışın dördüncü turunda qara fiqurlarla rusiyalı Polina Şuvalova ilə üz-üzə gəlib və rəqibinə uduzub.
Təmsilçimiz ilk turda qara fiqurlarla O.Kiolbasa ilə qarşılaşıb və rəqibinə qalib gəlib. İkinci turda isə "ağlar"la Katerina Laqnoya yenilib. Hazırda o, bir xalla turnir cədvəlində 8-10-cu yerləri bölüşdürür.
Qran-Prinin dörd mərhələsi ərzində iştirakçılar reytinq xalları qazanır və seriyanın sonunda ən yaxşı iki şahmatçı Namizədlər Turnirinə vəsiqə qazanacaq. Məmmədzadə üçün bu, cari ildə ilk Qran-Pri turniridir.
Qran-Pri
III tur
Polina Şuvalova (FIDE) - Günay Məmmədzadə 1:0
Katerina Laqno (FIDE) - Tanq Jongyi (Çin) 0,5:0,5
Oliviya Kiolbasa (Polşa) – Bella Xotenaşvili (Gürcüstan) 0,5:0,5
Aleksandra Kostenyuk (İsveçrə) – Aleksandra Qoryaçkina (FIDE) 0,5:0,5
Nana Dzaqnidze (Gürcüstan) – Harika Dronovali (Hindistan) 0,5:0,5
Dinara Vanger (Almaniya) - Bibisara Assaubayeva (Qazaxıstan) 0,5:0,5