Azərbaycan şahmatçısı Aydın Süleymanlı Şarjada (BƏƏ) keçirilən "Masters" turnirində ilk qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, o, ikinci turda Avropa çempionatının bürünc mükafatçısı Daniel Dardaya (Belçika) qalib gəlib. Beləliklə, o, xalını 1,5-ə çatdırıb.
Nicat Abasov Fernando Peralta (Argentina), Məhəmməd Muradlı isə Samvel Ter-Sahakyanla (Ermənistan) heç-heçə oynayıb. Hər iki təmsilçimizin 1 xalı var.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.