Şarjada (BƏƏ) Azərbaycan şahmatçılarının iştirakı ilə “Masters” turniri davam edir.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən Nicat Abasov üçüncü turda Bartoş Soçkonu məğlub edərək xalını 2-yə çatdırıb. O, hazırda turnir cədvəlində 35-ci sıradadır.
Aydın Süleymanlı hindistanlı Nihal Sarinlə bacarmayıb.
Digər şahmatçılarımız da rəqiblərinə uduzub. Məhəmməd Muradlı Vujin Yuya (ABŞ), Misrətdin İsgəndərov isə Daniel Dardaya (Belçika) yenilib. Süleymanlının 1,5, Muradlının 1, İsgəndərovun isə 0,5 xalı var.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.