İyulun 29-dan avqustun 25-dək Bakıda baş tutacaq şahmat üzrə Dünya Kubokunun keçiriləcəyi yer müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Namizədlər Turnirinə vəsiqə verən yarışın keçiriləcəyi yer "Marriott Boulevard Hotel" olacaq.
Kişilər arasında Dünya Kubokunda 206, qadınlarda isə 103 şahmatçı iştirak edəcək.