Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster bir günlük fasilədən sonra baş tutacaq IV turda sonuncu Olimpiadanın qalibi və sürətli şahmat üzrə sabiq dünya çempionu özbəkistanlı Nodirbek Abdusattorov ilə üz-üzə gələcək.
Məmmədyarov hazırda 2,5 xalla 9-cu yerdə qərarlaşıb. ABŞ təmsilçisi Fabiano Karuana 7,5 xalla liderdir. .
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.