Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, bu gün X turun oyunları start götürəcək.
Kişilərdən ibarət millimiz Monqolustan ilə üz-üzə gələcək.
Yığmamız hazırda 12 xalla 13-cü yerdə qərarlaşıb. Şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya (2:2) və Yunanıstanla (2:2) isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət millimiz isə Kuba ilə qarşılaşacaq.
Hazırda 13 xalı olan yığma 12-ci yerdə qərarlaşıb. Zərif cinsdən olan zəka sahiblərimiz turnir ərzində Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5), İsveçrədən (4:0) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.