
Bu gün Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçirəcəklər.
Fanat.Az xəbər verir ki, kişilərdən ibarət komanda Çexiya ilə qarşılaşacaq.
Qadınlar İngiltərədən olan rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1), qadınlar isə Qvatemala, Danimarka (hər ikisi 4:0) və İsveçi (2,5:1,5) məğlub ediblər.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.