17:43 25.03.2020 1557

Zeynəb Məmmədyarovadan narazılıq: “Məvaciblər yüksəldilməlidir”

Şahmat millimizin üzvü  Zeynəb Məmmədyarova sosial şəbəkə hesabında Azərbaycan Şahmat Federasiyasından narazılıq edir. 

O, bu il dünya kubokunda çıxış edəcək şahmatçılar - Türkan Məmmədyarova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın timsalında maddi dəstəyə ehtiyacı olan təmsilçilərimiz barədə qeyd edib:

"Dünya kubokunda çıxış edəcək xanım şahmatçılarımız üçün maddi köməkliyə çox ehtiyac var. Bu baxımdan əfsuslar olsun ki, onlara köməklik göstərilmədi. Bu şahmatçılardan biri - bacım Türkan Məmmədyarovadır. Digər şahmatçılarımız Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadır.
 
Dünya kuboku fərqli elitar bir yarışdır və 2 ildən bir keçirilir. Bu yarışa qatılacaq dünya üzrə 64 qadın şahmatçıdan 3-ü azərbaycanlı qızıdır! Bir neçə il öncə ölkə rəhbərliyinə mən və Azərbaycanın digər xanım şahmaçıları məktub yazıb, kömək istəmişdik. Məktubla əlaqədar idman nazirliyi bizi dəvət etdi və problemimizlə maraqlandı və həmin il mənimlə bacımın beynəlxalq yarışlarda iştirakı təmin edildi.
 
Ancaq təəssüf ki, şahmatçıların kommersiya tipli yarışlarda iştirakını təmin etmək İdman və Gənclər Nazirliyinin öhdəliyində deyilmiş.Yalnız rəsmi yarışlarda iştirakımızı təmin etməlidirlər. Şahmatda isə bütün yarışlar kommersiya tiplidir.
 
Mükafat zənnimcə, bütün idman növlərinin yarışlarında olur, eləcə də şahmatda. Belə çıxır ki, şahmatçılar heç bir beynəlxalq yarışa qatılmalı deyillər? Axı bu yarışlara getmək böyük xərcdir. Bəs təcrübə hardan qazanılacaq?

Bu məsələ ilə əlaqədar mən şəxsən nazirimizə son görüşümüzdə müraciət etmişəm və bu məsələnin müsbət həlli ilə məşğul olacağına söz verib.
 
Bundan əlavə, xanım şahmatçılarımızın dünya kubokuna hazırlıqları üçün çox vacib olan məşqçilərdə lazımdır. Bəs bu məşqçilərə ödənişlər? Axı buna şahmatçılarımızın gücü çatmaz.

Stipendiya məsələsi isə başqa bir problemdir. Bakıda Dünya Şahmat Olimpiyadası keçiriləndə stipendiyalar xanım şahmatçılarda 2000 AZN, kişi milli komandamızda isə çox yüksək idi.

Olimpiada bitdi və stipendiyalar xanım şahmatçılarda 700 AZN-ə endi. Bundan sonra 2 dəfə devalivasiyanı da nəzərə alsaq, peşəkar və milli komanda idmançısı üçün bu minimum bir rəqəmdir. Çünki heç bir peşəkar oyunçu 700 manata şahmata həyatını, zamanını həsr edə bilməz. Adi şahmat məşqçisi belə özəl dərs verməklə bundan 3 qat çox qazana bilir!
 
Qrossmeyster 700 manatla necə ehtiyacların qarşılaya və bayrağını beynəlxalq arenada ucalda bilər? Fikrimcə, öz işində qrossmeyster olan hər bir peşə sahibi daha yüksək məvacib almalıdır...
 
Hörmətli və dəyərli komanda yoldaşım Günay Məmmədzadə sonda səsini xalqa və lazımı ünvanlara çatdırdı.

Səsimizi ucaldaq ki duyulsun”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

Facebookdan bizi izləməyi unutmayın.
X