Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə şəxsi "İnstagram" səhifəsində yazıb.
Dünya kubokunun sahibi Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb:
"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır. Erməni işgalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər! Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”.
Fanat.Az