Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Füzuli şəhərinin erməni işğalından azad olunması xəbərinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster şəxsi "Facebook" səhifəsində bununla bağlı paylaşım edib.
"Füzuli!! İrəli, Azərbaycan!!", - Məmmədyarov yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev az öncə xalqa müraciəti zamanı Füzuli şəhəri və rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin azad olunduğunu elan edib.
Fanat.Az