
ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" (Sinkfild Kuboku) turniri davam edir.
Fanat.Az xəbər verir ki, bu gün ikinci turun görüşləri keçirilib.
Azərbaycanın yarışda yeganə təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Pyotr Svidlerlə üz-üzə gəlib. Tərəflər 46-cı gedişdə "sülh bağlayıb".
İki turdan sonra qrossmeysterimizin hesabında 1 xal var.
"Şah" növbəti oyununu ağ fiqurlarla macarıstanlı Rixard Rapporta qarşı keçirəcək.
Görüşlər Bakı vaxtı ilə 00:00-da başlayır.
Qeyd edək ki, 10 şahmatçının iştirakı ilə keçirilən turnirə avqustun 28-də yekun vurulacaq. Mükafat fondu 325 min dollardır. Qalib 90 min dollar qazanacaq.
"Sinquefield Cup"
II tur
Lenyer Dominqes (ABŞ) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Sem Şenklend (ABŞ) - Ceffri Şonq (ABŞ) 0,5:0,5
Dariuş Sverç (ABŞ) - Uesli So (ABŞ) 0:1
Rixard Rapport (Macarıstan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Pyotr Svidler (Rusiya) - Şəhriyar Məmmədyarov 0,5:0,5