23:56 05.09.2021 845

AÇ: Azərbaycan şahmatçıları medalsız qaldı

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, son - 11-ci turda  Azərbaycan şahmatçılarından yalnız Nicat Abbasov görüşünü qələbə ilə başa vurub. 26 yaşlı qrossmeysterimiz slovakiyalı Tamaş Petenyini yenib

Təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə malik Rauf Məmmədov rusiyalı Aleksey Sarana ilə üz-üzə gəlib. 33 yaşlı qrossmeysterimiz turnir cədvəlində ikinci sırada olan rəqibi ilə 26-cı gedişdə "sülh bağlayıb".

Nicat Məmmədov almaniyalı Rasmus Svanla heç-heçə edib. Bununla da o, yarışı məğlubiyyətsiz tamamlayan yeganə şahmatçımız olub.

Aydın Süleymanlı isə üçüncü yenilgi ilə üzləşib. 16 yaşlı şahmatçımız slovakiyalı Matey Şebenikə uduzub. 

Digər təmsilçimiz Riad Səmədov son turda oynamayıb.

Beləliklə, xallarını 7,5-ə çatdıran Rauf Məmmədov yarışı 6-cı, Nicat Məmmədov 17-ci yerdə başa vurub. Nicat Abbasov 6,5 xalla 42-ci, 6 xal toplayan Aydın Süleymanlı 67-ci, Riad Səmədov isə 5,5 xalla 91-ci pillədə qərarlaşıb.

Avropa çempionu 8,5 xalla rusiyalı Anton Demçenko olub. Ondan yalnız əlavə göstəricilərə görə geri qalan 17 yaşlı Almaniya şahmatçısı Vinsent Keymer 2-ci, aktivinə 8 xal yazan Aleksey Sarana 3-cü yeri tutub.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarışın mükafat fondu 100 min avro olub. Nəticələrə əsasən, Rauf Məmmədov 5000, Nicat Məmmədov 1200 avro qazanıb.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2024
13:48

Futzal turnirinin qalibi bilindi

13:31

"Nə deyəcəyimi bilmirəm" - Vitinya

13:14

Almaniya futbolu tarixində Hummels kimisi olmamışdı

12:57

PSJ-dən maraqlı antirekord

12:44

"Kəpəz"in 2 legionerinə ağır cəza verildi, klub 8500 manat cərimələndi

12:32

AFFA "Turan Tovuz"un legionerini 4 oyunluq kənarlaşdırdı

12:20

"Qarabağ" ilə "Neftçi" barədə ölçü götürüldü: 5800 manatlıq cərimə 

12:02

Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıya yollandı

11:45

"Jirona" ÇL-ə buraxılmır - SƏBƏB 

11:26

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

11:08

"Üzgün və kədərliyik" - Kilian Mbappe

10:50

KL: Bu gün ilk finalçının adına aydınlıq gələcək - YENİLƏNİR

10:33

Yoahim Löv: "Final fitindən sonra tualetə qaçdım"

10:12

"Borussiya" Parisi də fəth etdi - VİDEO

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

ÇL-in tarixində ikinci dəfə - Yenə "Borussiya"

09:00

ÇL: İkinci finalçı "Real", yoxsa "Bayern" olacaq? - YENİLƏNİR

01:20

“Beşiktaş” finala yüksəldi

00:53

Çempionlar Liqası: "Borussiya" Parisi susdurub finala yüksəldi 

07 May 2024
21:27

Ten Haq MY-dəki gələcəyinin necə olacağı ilə bağlı sualı belə cavablandırdı

20:20

"Laporta məndən onunla bağlı məlumatları aldı" - "Xetafe"nin prezidenti "Barselona"nın planının üstünü açdı

19:30

"Mançester Siti" ilə "Arsenal" türkiyəli ulduza görə yarışa girdilər - Qiyməti "əl yandırır" 

18:45

"Bayern" Pepin ürəyində xüsusi yerə sahibdir" - Qvardiolanın agentiəri açıqlama yaydı 

18:17

"Bizi maraqlı dönəm gözləyir" - "Liverpul"un kapitanı Slot barədə danışdılar

17:51

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

17:31

Braziliya millisinin sabiq hücumçusu həbs olundu

17:08

İngiltərə nəhəngi Sudakovu bu qiymətə alır

16:50

Məşhur hücumçu 100-ə yaxın insanı xilas etdi - TƏFSİLAT

16:35

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bilindi

16:13

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

15:56

"Liverpul"un yeni baş məşqçisi bilindi - Özü açıqladı

15:37

Amorim növbəti mövsümə harada başlayacağını dedi

15:19

"Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz" - Mats Hummels

15:01

"Yunayted"i yenidən çalışdırmaq üçün Mançesterə piyada da yollanaram"

14:43

Lautaro Martines növbəti mövsümə harada başlayacaq? - Vitse-prezident açıqladı

14:25

Azərbaycan seçməsi Minskdəki son oyununda darmadağınla üzləşdi

14:08

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

13:50

"Qaradağ Lökbatan" bölgədə oynamağı düşünür - AÇIQLAMA

13:28

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

13:10

Musa İsveçdə növbəti qolunu vurdu

Facebookdan bizi izləməyi unutmayın.
X