Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Uesli So (ABŞ) ilə üz-üzə gəlib. 36 yaşlı qrossmeysterimiz dörd rapid qarşılaşmasının yekununda rəqibinə 1:3 hesabı ilə uduzub.
Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb. Dörd görüşdə bərabərlik qeydə alındığından tərəflər arasında iki blits partiyası (tay-breyk) oynanılıb. 34 yaşlı qrossmeysterimiz burada rəqibinə məğlub olub - 0,5:1,5.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirə oktyabrın 4-də yekun vurulacaq. Mükafat fondu 300 000 ABŞ dollarıdır. Qalib 100 000 qazanacaq.
Çempionlar Turu
25 sentyabr
I tur
Teymur Rəcəbov - Vladislav Artemyev (Rusiya) 2,5:3,5 (Rapid - 0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5, blits - 0:1, 0,5:0,5)
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 3:1 (0,5:0,5, 1:0, 0,5:0,5, 1:0)
Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) 2,5:0,5
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) 3:4
Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ) 3,5:2,5
Sahib Əsədbəyli