Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, turnirdə bu gün IV turun qarşılaşmaları keçiriləcək. Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov polşalı Yan-Kşiştof Duda, Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.
Xatırladaq ki, hər iki təmsilçimiz əvvəlki turlarda məğlubiyyətlə üzləşiblər. Məmmədyarov Uesli So (ABŞ), Maqnus Karlsen (Norveç) və Yan-Kşiştof Duda, Rəcəbov isə Vladislav Artemyev (Rusiya), Hikaru Nakamura (ABŞ) və Aniş Giriyə (Niderland) uduzub.
Hər tur ən azı üç, maksimum 4 rapid partiya oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur.
İştirakçılar yarışa əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb.
Qeyd edək ki, turnirə oktyabrın 4-də yekun vurulacaq.
Çempionlar Turu
IV tur
28 sentyabr
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Yan-Kşiştof Duda (Polşa)
Maksim Vaşye-Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN)
Aniş Giri (Niderland) - Levon Aronyan (Ermənistan)
Vladislav Artemyev (Rusiya) - Maqnus Karlsen (Norveç)
Hikaru Nakamura (ABŞ) - Uesli So (ABŞ)
Qarşılaşmalar Bakı vaxtı ilə 19:00-da başlayacaq.
Xal durumu: Maqnus Karlsen - 23,5, Uesli So - 18,5, Levon Aronyan - 12, Hikaru Nakamura - 10, Aniş Giri - 9,5, Teymur Rəcəbov - 9, Maksim Vaşye-Laqrav - 8,5, Vladislav Artemyev - 5,5, Yan-Kşiştof Duda - 5, Şəhriyar Məmmədyarov - 2,5
Sahib Əsədbəyli