23:00 28.09.2021 772

DÇ: Yığmamız liderə də uduzdu, autsayderə də

İspaniyanın Sitjes bölgəsində qadın şahmatçıların dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialda bu gün qrup mərhələsinin III və IV turları oynanılıb. A qrupunda yer alan Azərbaycan millisi əvvəlcə lider Rusiya kollektivi ilə qarşılaşıb. Matç yığmamızın böyükhesablı məğlubiyyəti ilə yekunlaşıb. Komandamızın təsəlli xalını Ülviyyə Fətəliyeva qazanıb. O, üçüncü lövhədə Polina Şuvalova ilə "sülh bağlayıb". Günay Məmmədzadə Aleksandra Qoryaçkinaya, Gülnar Məmmədova Aleksandra Kostenyuka, Türkan Məmmədyarova Alina Kaşlinskayaya uduzub. 

Ardınca komandamız Fransa ilə üz-üzə gəlib. Bu tura qədər bütün görüşlərini məğlubiyyətlə başa vuran autsayder kollektivlə qarşılaşma da yığmamız üçün uğursuz alınıb. Xanım zəka sahiblərimizdən yalnız Gülnar Məmmədova görüşünü xalla tamamlayıb. O, Andrea Navrotesku ilə heç-heçə edib. Günay Məmmədzadə Mari Sebaqa, Ülviyyə Fətəliyeva Nataşa Benmesbaha, Zeynəb Məmmədyarova Silviya Alekseyevaya uduzub. Beləliklə, yığma günün ikinci matçından da 0,5:3,5 hesablı məğlubiyyətlə ayrılıb.

Komandamız qrupda son görüşünü sabah ev sahiblərinə qarşı keçirəcək. 

Xatırladaq ki, millimiz dünən baş tutan ilk iki turda Hindistan və Ermənistan yığmaları ilə heç-heçə edib.

Səkkizinci dəfə təşkil olunan yarışda 12 kollektiv mübarizə aparır. Onlar hərəsində 6 iştirakçı olmaqla iki qrupa bölünüb. Hər qrupda ilk dörd yeri tutan komandalar pley-offa vəsiqə qazanacaq.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.
 
Komandalararası dünya çempionatı

Qrup mərhələsi

A qrupu

III tur
Azərbaycan - Rusiya 0,5:3,5
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina 0:1
Gülnar Məmmədova - Aleksandra Kostenyuk 0:1
Ülviyyə Fətəliyeva - Polina Şuvalova 0,5:0,5
Türkan Məmmədyarova - Alina Kaşlinskaya 0:1

IV tur
Fransa - Azərbaycan 3,5:0,5
Mari Sebaq - Günay Məmmədzadə  1:0
Nataşa Benmesbah - Ülviyyə Fətəliyeva 1:0
Andrea Navrotesku - Gülnar Məmmədova 0,5:0,5
Silviya Alekseyeva - Zeynəb Məmmədyarova 1:0

Xal durumu: Rusiya - 8, Ermənistan - 5, Hindistan - 5, Fransa - 2, Azərbaycan - 2, İspaniya - 2

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X