22:48 02.10.2021 600

Çempionlar Turu: Teymur Karlseni, Şəhriyar Girini məğlub etdi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VII turun görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Maqnus Karsenlə üz-üzə gəlib. Qarşılaşmanın ilk iki partiyası "sülh"lə yekunlaşıb. Üçüncü görüşdə Rəcəbov qara fiqurlarla rəqibini üstələyib. Ağ fiqurlarla oynadığı son rapid partiyasını da aktivinə yazan 34 yaşlı qrossmeysterimiz final mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb.

Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. 36 yaşlı qrossmeysterimiz ilk partiyanı qələbə ilə başa vurub. Növbəti oyunda heç-heçə edən "Şah" üçüncü partiyada yenidən üstünlük qazanaraq matçın taleyini həll edib - 2,5:0,5.

Beləliklə, xalını 21-ə çatdıran Rəcəbov üçüncü pillədəki mövqeyini qoruyub. Onu ikinci sırada olan ABŞ şahmatçısı Uesli Sodan cəmi 0,5 xal ayırır. Qələbəyə rəğmən, Məmmədyarov son - 10-cu pillədən qurtula bilməyib. Təmsilçimizin hesabında 9,5 xal var. Sıralamaya 28,5 xalla M.Karlsen başçılıq edir.

Bildirək ki, hər tur ən azı 3, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb. 

Dairəvi sistem üzrə 9 turdan ibarət turnirə oktyabrın 4-də yekun vurulacaq. 

Çempionlar Turu
Final mərhələsi
VII tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (AZƏRBAYCAN) 1:3 (0,5:0,5, 0,5:0,5, 0:1, 0;1)
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Aniş Giri (Niderland) 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0)
Yan-Kşiştof Duda (Polşa) - Vladislav Artemyev (Rusiya)  2,5:1,5
Maksim Vaşye-Laqrav (Fransa) - Hikaru Nakamura (ABŞ) 3:4
Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) 0,5:2,5

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X