Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün VI turun görüşləri keçirilib.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov Suriya Şexar Qanquli (Hindistan), Nicat Abbasov Kristobal Enrikes (Çili), Vasif Durarbəyli İvan Çeparinov (Bolqarıstan), Aydın Süleymanlı isə Ahmed Adli (Misir) ilə üz-üzə gəlib.
Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı oyununu qələbə ilə başa vurub. Digər qrossmeysterlərimizin qarşılaşmalarında "sülh" qeydə alınıb.
Altı turdan sonra Nicat Abbasov, Rauf Məmmədov və Aydın Süleymanlının 2,5 xalı var. Vasif Durarbəyli isə hesabına 2 xal yaza bilib.
Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət turnirə noyabrın 7-də yekun vurulacaq. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
VI tur
Rauf Məmmədov - Suriya Şexar Qanquli (Hindistan) 0,5:0,5
Nicat Abbasov - Kristobal Enrikes (Çili) 0,5:0,5
İvan Çeparinov (Bolqarıstan) - Vasif Durarbəyli 0,5:0,5
Aydın Süleymanlı - Ahmed Adli (Misir) 1:0