17:28 24.12.2021 562

Gənc şahmatçılar mükafatlandırıldı

Azərbaycan Şahmat Federasiyasında (AŞF) gənc şahmatçılarla görüş keçirilib.

Federasiyanın mətbuat xidmətinin yaydığı xəbərə görə, görüşdə qurumun prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, Avropa Şahmat İttifaqının Prezidenti Zurab Azmayparaşvili, “Vüqar Həşimov” Klubunun kapitanı Anar Allahverdiyev, gənclərdən və yeniyetmələrdən ibarət milli komandaların baş məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov iştirak ediblər.

Tədbirdə həmçinin məktəblilər arasında onlayn Avropa çempionatında medal qazanan gənc şahmatçılar - Nərmin Abdinova (13 yaş qızlar, qızıl medal), Şiroğlan Talıbov (15 yaşlı oğlanlar, gümüş medal), Əhməd Xaqan (10 yaşlı oğlanlar, gümüş medal), Lalə Hüseynova (11 yaş qızlar, bürünc medal), Əsnad Vəliyeva (10 yaş qızlar, bürünc medal) və klublar arasında Avropa Kubokunda 3-cü yeri tutan “Vüqar Həşimov” Klubunun üzvləri - Vüqar Əsədli, Əhməd Əhmədzadə, Murad İbrahimli dəvət olunub.

M.Məmmədov gənc şahmatçıları əldə etdikləri yüksək nəticələr münasibəti ilə təbrik edib və federasiyanın hər zaman yeniyetmə və gənc şahmatçılara dəstək olmağa çalışacağını bildirdi. AŞF rəhbəri “Vüqar Həşimov” şahmat klubunun Avropa Kubokunda bürünc medal qazanmasını ilin ən parlaq qələbələrindən biri kimi qiymətləndirib.

Daha sonra Z.Azmayparaşvili gənc şahmatçıları və “Vüqar Həşimov” Klubunun üzvlərini təbrik edib. Qonaq Azərbaycan şahmat məktəbinin dünya şahmatında özünəməxsus yüksək yerinin olduğunu söyləyib.

Məşqçilər adından çıxış edən A.Allahverdiyev səmimi sözlər üçün öz adından və şahmatçılar adından təşəkkür edib, federasiyanın göstərdiyi qayğının şahmatçıları gələcək uğurlara ruhlandıracağını vurğulayıb.

Tədbirin sonunda şahmatçılara AŞF adından mükafatlar təqdim olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X