İtaliyada şahmat üzrə "Vergani Cup" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün səkkizinci turun qarşılaşmaları keçirilib. Azərbaycan təmsilçilərindən Gövhər Beydullayeva ispaniyalı Daniel Leal Alsina ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan 18 yaşlı şahmatçımız dueldən məğlub ayrılıb.
Digər təmsilçimiz Ülviyyə Fətəliyeva isə bolqarıstanlı İvaylo Ençevə uduzub.
Sabah baş tutacaq son tur ərəfəsi Beydullayeva 4,5 xalla turnir cədvəlinin 42-ci pilləsində qərarlaşıb. Dörd xal hasil edən Fətəliyeva 57-cidir. Sıralamaya 6,5 xalla hindistanlı Lalit Babu başçılıq edir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnirdə 124 şahmatçı mübarizə aparır.