Çexiyada "Praqa Open" şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda 4-cü turun görüşləri baş tutub. Azərbaycan təmsilçisi Azər Mirzəyev tur çərçivəsində polşalı Antoni Kozakla üz-üzə gəlib. Qara fiqurlarla oynayan qrossmeysterimiz bu görüşdən də qalib ayrılıb.
Beləliklə, xalını 4-ə çatdıran Mirzəyev maksimum göstəriciyə sahib digər dörd şahmatçı ilə birgə hazırda liderlər qrupunda qərarlaşıb. O, növbəti turda isveçli Lüdviq Karlssonla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışa 150-dən çox şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə yanvarın 14-də yekun vurulacaq.
Sahib