Martın 27-dən aprelin 6-dək Sloveniyanın Çatej şəhərində şahmat üzrə fərdi Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Avropa Şahmat İttifaqının (ECU) rəsmi saytı məlumat yayıb.
İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 11 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edəcək. Qalib 20 min avroya sahib çıxacaq.
Qeyd edək ki, qitə çempionatı həmçinin növbəti Dünya Kuboku yarışına seçim xarakteri daşıyacaq. Yekunda 20 oyunçu 2023-cü ildə keçiriləcək həmin turnirdə iştirak hüququna yiyələnəcək.