Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək.
Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il keçirilən turnirin qalibi olub.