Azərbaycan şahmatçısı Vüqar Əsədli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Aqzamov memorialında yeddi turdan sonra ilk "10-luq"da qərarlaşıb.
Fanat.Az xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan 20 yaşlı qrossmeyster 5 xalla 9-cu yerdə gedir. O, lider Cavoxir Sindarovdan (Özbəkistan) cəmi 0,5 xal geri qalır.
Turnirdəki digər təmsilçilərimizdən Misrətdin İsgəndərov 4,5, Məhəmməd Muradlı, Vüqar Manafov 4, Şahin Vəliyev 3,5 xal toplayıblar.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 10 turdan ibarətdir. Mayın 11-dək davam edəcək memorialda 66 şahmatçı mübarizə aparır.