Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən rapid üzrə "Əmir Teymur Kuboku"nda altıncı yeri tutub.
Fanat.Az verir ki, kişilər arasında son Azərbaycan çempionatının qalibi olan 18 yaşlı qrossmeyster İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə 6,5 xal toplayıb. Şahmatçımız yarışın qalibi adını qazanan qazaxıstanlı Aristanbek Urazayevdən cəmi 0,5 xal geri qalıb.
Digər təmsilçilərimizə gəlincə, Misrətdin İsgəndərov (5,5 xal) 14-cü, Vüqar Əsədli (5) isə 24-cü olub.