10:58 24.05.2022 519

Azərbaycan çempionu: "Bu, hədəflərimin ən kiçiyi idi"

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayevanın Fanat.Az-a müsahibəsi

- Gövhər, əvvəlki ölkə çempionatlarında üçüncü və ikinci yerləri tutmuşdunuz, nəhayət, baş mükafata da sahib çıxdınız. Yarış barədə təəssüratlarınızı öyrənək.
- Kifayət qədər güclü yarış idi. Günay Məmmədzadədən başqa ölkənin bütün güclü şahmatçıları çempionata qatılmışdı. İştirakçılardan altısı qadınlar arasında qrossmeyster dərəcəsinə sahib idi. Yarışdan öncə qələbə şanslarımı kifayət qədər yüksək qiymətləndirirdim. Çünki həm, vurğuladığınız kimi, öncəki belə yarışlarda iki dəfə gümüş, bir dəfə isə bürünc medal qazanmışdım, həm də daha əvvəl keçirilən kişilərin Avropa çempionatında qadınlar arasında ən yaxşı nəticə göstərmişdim. Ölkə çempionu olmağı çox istəyirdim. Sevinirəm ki, məqsədimə çatdım. Ancaq bu, hədəflərim arasında ən kiçiyi idi. Qarşıda Olimpiada, Avropa çempionatı, 20 yaşlılar arasında dünya çempionatı var. Uğurlarımı bu turnirlərdə də davam etdirmək istəyirəm.

- Beşinci turda gözlənilməz məğlubiyyətlə üzləşdiniz. Ləman Hacıyevaya uduzmağınızın səbəbi nə oldu?
- Açığı, turnir tam istədiyim kimi olmadı. Özümdən daha yaxşı çıxış gözləyirdim. Üç turdan maksimum nəticə göstərsəm də, sonradan gərginlik səbəbindən ortadakı turları yaxşı oynaya bilmədim. Ləman haqqında onu deyə bilərəm ki, reytinqinə görə yarış iştirakçıları arasında axırıncı olsa da, çox güclü şahmatçıdır. Biz onunla hələ uşaqlıqdan dəfələrlə oynamışıq. Birində mən udmuşam, birində o udub. 

- Yəni Hacıyevanın ikinci yeri tutması sizin üçün gözlənilməz olmadı?
- Əslində, nəinki mən, demək olar, hamı milli komandanın üzvlərinin ikinci-üçüncü yerlərdə olmasını təxmin edirdi. Amma bəli, Ləmanın ikinci yeri tutması mənim üçün çox böyük sürpriz olmadı. 

- Qeyd etdiyiniz kimi, ölkənin ən yüksək reytinqli qadın şahmatçısı Günay Məmmədzadə bu yarışda iştirak etmirdi. Onun olmaması işinizi nə dərəcədə asanlaşdırdı?
- Təbii ki, o, olsaydı, yarış daha gərgin mübarizə şəraitində keçərdi. Yenə də, əvvəl dediyim kimi, turnir gərgin alındı. Ancaq əlbəttə, Günay qatılsaydı, yarış daha çətin olacaqdı.

- Son nəticələrinizdən sonra artıq Azərbaycan qadın şahmatının əsas simalarından birinə çevrildiyinizi demək olar. Reytinqiniz də kifayət qədər yüksəlib. Yaxın gələcəkdə ölkənin bir nömrəli qadın şahmatçısı olmaq imkanlarınızı necə dəyərləndirirsiniz?
- Məqsədimiz Azərbaycanda bir-birimizi üstələmək yox, dünya şahmatçıları ilə rəqabət aparmaqdır.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
20:13

"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi

19:50

Ramil Şeydayev "Soçi"də - RƏSMİ

19:11

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

18:46

"Neftçi" yunanıstanlı mütəxəssislə müqavilə imzaladı

18:22

MOİK fransalı yarımmüdafiəçi ilə müqavilə bağlaya bilər

17:55

"Real"ın sol cinah müdafiəçisi qalır

17:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:37

MOİK-in ev oyunlarını Xankəndidə keçirəcəyi dəqiqləşdi

17:24

"Sumqayıt" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

17:19

"Zirə" Konate ilə yollarını ayırdı - RƏSMİ

17:01

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

16:43

Kanu Azərbaycan klubunun düşərgəsində

16:25

KL: "Qarabağ" potensial rəqibini tanıdı - "Tvente" Bakıya gələ bilər

16:02

"Sabah" "Orhus"u mübarizədən kənarlaşdırmağı bacarmasa...

15:44

"Şimal" Çiləgirdə başlayır, Cəlilov daha oynamayacaq - AÇIQLAMA

15:25

Van Qal dördüncü dəfə Niderland millisinə qayıda bilər

15:06

"Barselona" Rodrini istəyir

14:48

Qurban Qurbanovun Kiyev "Dinamo"suna qarşı neçə futbolçunu oynada bilməyəcəyi açıqlandı

14:30

"Sabah"ın Danimarkaya səfər planı müəyyənləşdi

14:09

ÇL: "Sabah"ın pley-offdakı potensial rəqibi bəlli oldu

13:50

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə səfər matçına nə vaxt yollanacağı bilindi

13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

Facebookdan bizi izləməyi unutmayın.
X