Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyada keçirilən "Grandiscacchi Challenge" turnirində üçüncü yeri tutub.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən yarışın sonuncu - doqquzuncu turunda qara fiqurlarla Qudanti Harşitaya (Hindistan) qalib gəlib.
Bununla o, xalını 5,5-ə çatdıraraq turniri üçüncü sırada başa vurub. Yeddi xal toplayan Vitali Bernadski (Ukrayna) birinci, ondan əlavə göstəricilərə görə geri qalan Andrey Yesipenko ikinci olub.
Qeyd edək ki, turnirdə 20 şahmatçı mübarizə aparıb.