Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 5-ci beynəlxalq "Sharjah Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün yeddinci turun görüşləri keçirilib. Azərbaycan təmsilçilərindən yalnız Misrətdin İsgəndərov görüşünü qələbə ilə başa vurub. Qrossmeysterimiz ağ fiqurlarla hindistanlı Başkaran Adhibanı yenib.
Aydın Süleymanlı və Nicat Abasov arasında baş tutan derbi "sülh"lə yekunlaşıb. Həmçinin Nicat Abasov Hindistan şahmatçısı Çitambaram Aranvidlə xalı yarı bölüb.
Digər təmsilçimiz Məhəmməd Muradlı isə Maksim Çiqayevə (FIDE) uduzub.
Qələbə sayəsində xalını 4,5-ə çatdıran turnir cədvəlində 8-ci sıraya yüksəlib. Nicat 4 xalla 28-ci, 3,5 xalı olan Məhəmməd 39-cudur. Aydın və Günayın aktivində 3 xal var.
Sıralamaya 6 xalla özbəkistanlı Nodirbek Abdusattorov başçılıq edir.
Qeyd edək ki, turnirdə 32 ölkədən ümumilikdə 80 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət yarış mayın 29-da başa çatacaq.