
Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Trevizo şəhərində keçirilən beynəlxalq turnirdə çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster dördüncü turda hindistanlı Q. Harşavardhanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan təmsilçimiz rəqibi ilə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xalını 2,5-ə çatdıran Səfərli turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider ondan 1 xal çox toplayan belçikalı Daniel Dardhadır.
Qeyd edək ki, 9 turdan ibarət yarışa iyunun 26-da yekun vurulacaq.