
Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının lideri Günay Məmmədzadə Polşanın Budqoş şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Fanat.Az xəbər verir ki, 22 yaşlı zəka sahibi sonuncu - IX turda ukraynalı Mariya Muzıçukla heç-heçə oynayıb. Beləliklə, xalını 6-ya çatdıran Məmmədzadə bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb.
Ondan yarım xal geri qalan Antoanetta Stefanova (Bolqarıstan) və Alina Kaşlinskaya (Polşa), müvafiq olaraq, ikinci və üçüncü yeri tutublar.