
Oktyabrın 29-da ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və süni koma vəziyyətinə salınan şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpovun vəziyyəti yaxşılaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə 71 yaşlı qrossmeysterin həyat yoldaşı Natalya Bulanova məlumat verib.
“Hər hansı halsızlıq əlamətləri hiss etmir, evə buraxılmağa hazırdır. Lakin həkimlər deyirlər ki, hələ tezdir, bir qədər də uzanıb dincəlməlidir. Yəqin ki, həftənin sonuna kimi evə buraxılacaq” deyə, - Bulanova vurğulayıb
Xatırladaq ki, 71 yaşlı Karpov oktyabrın 29-da Dövlət Dumasının binasında huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrossmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub.