
Azərbaycan təmsilçisi Tatyana Smilovenko iyunun 11-14-ü aralığında Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçiriləcək kayak və kanoe üzrə Avropa çempionatına qatılacaq.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Su İdman Növləri Federasiyası yayıb.
Milli komandanın üzvü kanoe qayığında mübarizə aparacaq.
Xatırladaq ki, Tatyana Smilovenko ötən il Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşadək avarçəkənlər arasında təşkil edilən Avropa çempionatında bürünc medala sahib olub.