Bu gün Azərbaycan Taekvando Federasiyasında iclas keçirilməsi gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, toplantıda taekvando millisinin baş məşqçisi Reza Mehmandoust və məşqçilər korpusunun digər üzvlərinin istefası müzakirə olunacaq. Böyük ehtimalla, rəhbərlik Tokio-2020-də uğursuz çıxış edən komandanın məşqçilər heyəti ilə tam tərkibdə yollarını ayıracaq.
Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmli iclasla bağlı danışmaq istəmədi: "Geniş məlumatım yoxdur. Əgər o haqda yenilik olsa, xəbər veriləcək”.
Qeyd edək ki, iki taekvandoçu ilə təmsil olunduğumuz Tokio-2020-də Milad Beiqi Harçeqani 1/4 finalda, qadın bayraqdarımız Fəridə Əzizova isə 1/8-də mübarizəni dayandıraraq, medal qazana bilməyiblər.
Mirağa