17:55 26.04.2023 616

FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionat keçirildi

Aprelin 25-26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun idman arenasında “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə çempionat keçirilib.

Fanat.Az xəbər verir ki, məlumatı FHN-in Mətbuat Xidməti yayıb. 

Bildirilib ki, İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 18 komandadan 45-ə yaxın əməkdaş qüvvəsini sınayıb. Komandalar həm şəxsi, həm də komanda hesabında qüvvələrini sınayıblar.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev müstəqil Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, qeyd edib ki, Ulu Öndər digər sahələrdə olduğu kimi, ölkə idmanının inkişaf strategiyasını da müəyyənləşdirib və bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində qısa müddətdə böyük uğurlar qazanılıb.

Vurğulanıb ki, Ümummilli Liderin mütərəqqi siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilib, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançılar yetişib.

Sonra çempionatda uğur qazanmış komandalar və şəxsi birincilikdə fərqlənən idmançılar təltif olunublar. Zaur Mikayılovun baş hakimi olduğu çempionatda FHN Dövlət Yanğından Mühafizə Xİdmətinin komandası bütün rəqiblərinə qalib gələrək birinci yerin sahibi olub. İkinci yerə FHN-in Şimal-qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.

Şəxsi yarışlarda çempion adını Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə Aviasiya dəstəsinin əməkdaşı Taleh Nəbiyev sahib olub.

Qaliblərə kubok, diplom, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyun 2026
12:16

Hələ DÇ-lərdə Budimir kimisi olmamışdı

11:58

PFL yerli oyunçulara görə klublara ödədiyi məbləği açıqladı - CƏDVƏL

11:40

İngiltərə - Qana oyununun ən yaxşısı bilindi

11:29

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:17

Fransa yığması baş məşqçisiz qaldı

10:54

"Məqsədimiz növbəti mərhələyə çıxmaq idi, ona da çatdıq" - Qananın baş məşqçisi

10:33

"Bu cür passiv müdafiə olunan komandalara qol vurmaq çətindir" - Tomas Tuxel

10:12

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

09:51

DÇ-2026: Üçüncü tur başlayır

09:30

DÇ-2026: Məhsuldarlıq da azaldı, "sülhsevərlik" də - İki turun statistikası

09:00

FİFA şərhçini dünya çempionatından kənarlaşdırdı

08:00

DÇ-2026: İngiltərə büdrədi, Xorvatiya ilə Kolumbiyadan minimal hesablı qələbə

01:00

Ronaldu Portuqaliya - Özbəkistan matçının ən yaxşısı seçildi

00:23

DÇ-2026: Portuqaliya darmadağına sevindi

23 İyun 2026
23:33

Ronaldu yenə tarix yazdı

22:54

"Trabzonspor" onun üçün 50 milyon avro istəyir

22:13

"Real Madrid" gənc ulduzun izinə düşdü

21:49

Harri Keyn "Barselona"ya gəlməkdən imtina etdi

21:26

Markus Reşford London yolunda?

20:52

"Çelsi" müdafiə xəttini gücləndirir

20:21

Roberto De Zerbi "Liverpul"un ulduzunu istəyir

19:57

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:12

Futbolçular TFF prezidentinin villalarını rədd etdi

18:55

Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

18:12

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

17:45

DÇ-2026-da dubl edən forvard Fransa klubunda qalmaq istəmir

17:26

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

17:04

Doku Belçika millisindən təcili ayrılıb Londona uçdu - SƏBƏB

16:45

"Zirə" yeni transfer reallaşdırdı - RƏSMİ

16:26

"Bu, Messidir və o..." - Ralf Ranqnikdən yenilgi şərhi

16:08

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

15:50

Riyad Mahrez DÇ-lərin tarixinə düşdü

15:27

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

15:13

"Səbail"in məşqçisi Premyer Liqa klubu ilə anlaşdı

14:55

"Araz-Naxçıvan" "Real"ın yetirməsini transfer etdi - RƏSMİ

14:40

Seneqalla oyunda dubla imza atdı, matçın ən yaxşı futbolçusu seçildi

14:21

"Turan Tovuz" milli üzvü ilə vidalaşdı - RƏSMİ

14:03

"Təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu" - Camal Sellami

13:44

"Qarabağ"dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro

13:24

Qrasias, Messi

Facebookdan bizi izləməyi unutmayın.
X