29 iyunda start götürməli olan "Uimbldon" turniri ləğv olunub.
Fanat.Az xəbər verir ki, İngiltərə Tennis Klubu bu barədə bəyanat yayıb:
"Koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ildə keçirilməli olan "Uimbldon" turnirini ləğv etmək qərarına gəldik. 134-cü "Uimbldon" 2021-ci ildə 28 iyun - 11 iyul tarixlərində keçiriləcək".
1945-ci ildən bəri ilk dəfə "Uimbldon" keçirilməyəcək. Bilet almış azarkeşlərin ödənişləri geri qaytarılır.
Qeyd edək ki, "Uimbldon" tennisdə dörd "Böyük dəbilqə" turnirindən biridi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol