"Marca" İspaniya tarixinin ən yaxşı idmançısını müəyyənləşdirmək məqsədilə oxucuları arasında sorğu keçirib. Atletlər cütlərə bölünüb və pley-off üsulu ilə qaliblər mərhələ adlayıblar.
Fanat.Az xəbər verir ki, yekunda Rafael Nadal qalib olub. 33 yaşlı tennisçi finalda səsverənlərinin 82%-nin etimadını qazanaraq basketbolçu Pau Qazola qalib gəlib.
Nadal finala qədər avtomobil yarışçısı Karlos Sayns, o cümlədən veloyürüşçülər - Alberto Kontador və Migel İnduraynı mübarizədən kənarlaşdırmışdı.
İspan raketka ustası karyerası ərzində 19 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol