Koronavirus pandemiyasına və tennisçilərin etirazlarına baxmayaraq, "Böyük dəbilqə" seriyalı "US Open" turnirinin təxirə salınması gündəmdə deyil.
Fanat.Az "Forbes"ə istinadən xəbər verir ki, təşkilatçılar turnirin planlaşdırıldığı tarixlərdə (31 avqust - 13 sentyabr aralığı) keçirilməsinin tərəfdarıdılar. Maliyyə itkilərinin daha da çox olacağından ehtiyat etdikləri üçün, onların bu yöndə qərar qəbul etdikləri bildirilir.
ATP və WTA yaxın günlərdə "US Open"in planını açıqlamalıdılar. Azarkeşlərin və media nümayəndələrinin oyunlara buraxılmayacağı gözlənilir.
Tennisçilərin əksəriyyəti pandemiya ilə əlaqədar tətbiqi gündəmdə olan məhdudiyyətlər səbəbindən yarışlarda iştirak etmək istəmir.
Fanat.Az