Məçhur tennisçi Rafael Nadal Avstraliya Açıq Tennis Çempionatındakı matç zamanı ona orta barmağını göstərən qadından danışıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı ispan idmançı oyun zamanı təbəssümlə qarşıladığı davranışı mətbuat konfransında belə şərh edib:
"Yəqin ki, o, normadan artıq cin ya da tekila içibmiş. Dəqiq deyə bilmərəm. Düzü, çox qəribə və maraqlı durum idi. Hərdən qarşımıza belə adamlar da çıxır. Şoka düşdümmü? Yox. Təəccübləndim və həmin an "bu yazıq, görəsən, kimdi belə" düşündüm. Hə, ya sərxoş idi, ya da buna bənzər nəsə..."