Stolüstü Tennis Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev açıqlama verib. Onun sözlərinə görə, konfrans dekabrın 27-də baş tutacaq.
Saat 12:00-da start götürəcək seçkidən sonra mətbuat konfransı təşkil olunacaq.