Avstraliya məhkəməsinin dünyanın bir nömrəli raketka ustası Novak Cokoviçin işi ilə bağlı qərarı məlum olub.
Fanat.Az xəbər verir ki, idman jurnalisti Ben Rotenberqməlumat verib. Tennisçinin vəkillərinin vəsatəti məhkəmə tərəfindən rədd edilib, Cokoviç iddianı uduzub. Beləliklə, o, Avstraliya vizası ala bilməyib. O, tezliklə deportasiya olunacaq.
Qeyd edək ki, "Australiia Open" turnirinin doqquzqat çempionu Cokoviç artıq turnirin kortlarında məşq etməyə başlamışdı.