08:05 23.07.2021 725

Tokio 2020 başlayır

Bu gün Tokio 2020 32-ci Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Fanat.Az xəbər verir ki, mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Açılışın baş tutacağı Olimpiya stadionuna tamaşaçı qismində yalnız VİP qonaqlar buraxılacaq. Tədbirdə 950 nəfər rəsmi şəxsin iştirakı gözlənilir.  

Mərasimə qatılacaq idmançıların sayı dəqiq bilinmir.

Paradda tibbi maskalardan istifadə olunacaq və sosial məsafəyə riayət ediləcək.

Tokio 2020-nin açılış paradı gender bərabərliyi prinsipinə əsasən, qadın və kişi bayraqdarların ilk dəfə birgə addımlaması ilə əlamətdardır. Azərbaycan bayrağını taekvondoçu Fəridə Əzizova və cüdoçu Rüstəm Orucov daşıyacaq.

Koronavirus səbəbi ilə ötən ildən təxirə salınan Oyunlarda 204 ölkə və "qaçqınlar komandası"ndan ümumilikdə 11 mindən çox idmançının iştirakı nəzərdə tutulub. Onlar 33 növ üzrə üst-üstə 339 medal dəsti uğrunda mübarizə aparacaq. İdman növlərindən 4-ü(karate, qayayadırmanma, skeytbordinq və sörfinq) ilk dəfə Olimpiadanın proqramında yer alıb.

Azərbaycan komandası Tokio 2020-yə 44 idmançı ilə qatılıb. Onlardan 28-i kişi, 16-sı qadındır. Vəsiqələrdən 9-u cüdo, 7-si güləş, 2-si bədii gimnastika(5 nəfərdən ibarət qrup hərəkətləri üzrə komanda və fərdi çövnövçülük) 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şose velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığında əldə edilib.

Qeyd edək ki, ənənəyə uyğun olaraq bəzi yarışları iki gün öncə başlayan Tokio 2020 Yay Olimpiya Oyunlarına avqustun 8-də yekun vurulacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

Facebookdan bizi izləməyi unutmayın.
X