14:15 05.08.2021 1013

Rüstəm Orucov: \"Hirsimdən ağlayıram\"

"Hələ də özümə gəlməmişəm. O anları heç cür fikrimdən çıxarda bilmirəm. Sanki pis bir yuxunun içindəyəm".

Bunu Fanat.az-a cüdo millimizin üzvü Rüstəm Orucov deyib. 

Tokio 2020-nin açılış mərasimindəki bayraqdarımız Olimpiya Oyunlarındakı çıxışından söz açıb: "Yaponiya cüdoçusu ilə görüşdə şansımın çox az olduğunu bilirdim. Amma koreyalı ilə imkanlarımız 50-50-yə idi. Bir anlıq boşluq beş il ərzində çəkdiyim bütün əziyyəti heç etdi. Mən bir qayda olararaq döyüş ərzində vaxta baxmıram. Bu dəfə də fəndə cəhd edəndə son saniyələr olduğundan xəbərim yox idi. Əslində, o fənd ani qərarın nəticəsi deyildi, əvvəldən planlaşdırmışdım. 
 


Ötən illər ərzində qazandığım bütün medalları qurban verərdim, təki Tokio Olimpiadasından mükafatsız qayıtmazdım. Məğlubiyyət mənə çox yer edib. Hələ də özümə gələ bilməmişəm. Bəlkə ilk mərhələdə uduzsaydım, bu qədər təsirlənməzdim. İndi sanki pis bir yuxunun içindəyəm. Təklikdə yadıma düşəndə hirsimdən ağlayıram".

Rio 2016-nın gümüş mükafatçısı Tokio 2020-nin "bürünc"ü uğrunda Gürcüstan cüdoçusu Laşa Şavdatuaşvili ilə görüşəcəyi halda nəticənin fərqli olacağına inandığını ifadə edib: "Laşa mənə çox rahat rəqibdir. Döyüş tərzlərimiz bənzərdir. Görüş ərzində onun mənə qarşı nə edəcəyini bilirəm. Koreyalı ilə də bunadək bir neçə dəfə görüşmüşdüm. Amma onunla qarşılaşmalar həmişə çətin alınıb. Hərəkətlidir, fənddən yayınmağı bacarır. Gürcü ilə koreyalının yarımfinalından əvvəl çox istəyirdim ki, qarşıma Laşa gəlsin".

2017 və 2019-cu illərdə baş tutan mundialların finalçısı ikiqat Olimpiya çempionu Şohey Ononun mümkün çəki dəyişikliyinə münasibət bildirib: "Getsə, əla olar (gülür). Onunla başabaş gəlmək çox çətindir. Adam hər cəhətdən fantastik səviyyədədir. Ondan fərqli olaraq digər yaponiyalılarla mübarizə aparmaq mümkündür".
 


Gələcək planlarından danışan 30 yaşlı cüdoçu, yaxın zamanda əsas məqsədinin dünya çempionluğu olduğunu deyib: "Fikirləşirdim ki, bu Olimpiya Oyunlarında medal alım, sonra yolu gənclərə verim. İndi getməyi düşünmürəm. Bir yandan yaşım da artıb, bilmirəm necə olacaq. Amma içimdə özümü təzədən sübut etmək istəyi, yanğısı var. Bir tutarlı nəticə verməsəm, özümə gəlməyəcəyəm. Gələn il dünya, Avropa çempionatları var. Onların birində sözümü demək istəyirəm. Dünya çempionatında qələbə qazansam, bəlkə bu uğursuzluq yadımdan çıxar". 

Orucov, Olimpiadadan sonra yığmadakı məşqçi dəyişikliyi, idmançıların maaşının azaldılması barədə qərardan da danışıb: "Maşurenko gəldiyi gündən onun əleyhinə olmuşam. O adamın məşqçilikdən xəbəri yox idi. Komandamızın uğursuzluğu da onun adına yazılmalıdır. Bizə nə hazırlıq proqramı verilmişdisə, hamısını etmişdik. Heç kim məşqlərdə özünü laqeyd, intizamsız aparmayıb. Biz istəməzdik nəticə qazanaq? Təkcə mən medalsız qalsam, deyərdim ki, günah məndədir. Amma hamı uduzdu. Özü də heç biri iki mərhələdən o tərəfə keçə bilmədi".

Qeyd edək ki, Tokio 2020 Yay Olimpiya Oyunlarında mübarizəyə 1/16 finaldan başlayan Rüstəm Orucov bu mərhələdə rusiyalı Musa Moquşkovu, ardınca tacıkistanlı Somon Mahmadbekovu məğlub edib. Yığmamızın 73 kiloqram çəki dərəcəsindəki üzvü 1/4 finalda sonradan Olimpiya çempionu olan yaponiyalı Şohey Onoya uduzub. Yarışın reytinq lideri təsəlliverici görüşdə kosovolu son Avropa çempionu Akil Gyakovanı məğlub etsə də, bürünc görüşündə cənubi koreyalı dünya çempionu An Çanq-rimə uduzaraq, Olimpiya Oyunlarını beşinci sırada tamamlayıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2024
18:45

İstanbul nəhəngi "Arsenal"ın futbolçusuna elçi düşdü

17:50

Gələn həftə İngiltərənin ən yaxşı gənci elan olunacaq

17:16

"İki top fərqi ilə üstün olsaq da..." - Xabi Alonso 

16:59

Mbappenin PSJ ilə vidalaşacağı tarix açıqlandı

16:41

İPL: Mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var

16:23

"Barselona" Kubarsi ilə müqavilə yenilədi - Onu istəyən bu qədər ödəməlidir

16:05

"Deməyə söz tapmıram" - Manuel Noyer

15:48

"Hamı bizi finalda görmək istəyirdi"

15:30

İPL: Mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

15:13

Minifutbol turnirinin qalibi bilindi

14:55

"Bayern Münhen"in haqqının yeyildiyi sübut olundu - FOTO

14:36

PSJ rəhbərliyi yekun qərarını verdi - Enrikenin aqibəti necə olacaq?

14:19

Messinin ilk müqavilə vərəqi hərraca çıxarıldı - İnanılmaz məbləğ

14:00

Türk ulduz İstanbul nəhəngindən ayrılacaq

13:39

"Barselona"nın ulduzuna inanılmaz tələbat - 30 klubdan təklif göndərildi

13:20

KL: Fiorentina"nın rəqibi kim olacaq? - YENİLƏNİR

13:06

Kroos yalnız Ronaldudan geri qalır

12:48

Ançelotti Ferqyussonun rekordunu təzələdi

12:29

"Real"a qarşı heç vaxt belə səhv etməzlər" - Tuxel hakimi qınadı

12:11

"Qalatasaray"ın ulduzu qərarını verdi - SON DURUM

11:52

Modriçdən emosional paylaşım - FOTO

11:33

Ançelotti "Bayern" üzərində qələbəni belə qeyd etdi - VİDEO

11:04

PFL-dən daha bir anlaşma - Şəhid övladları üçün Yay düşərgəsi təşkil olunacaq

10:51

"Ümid" Vüqar Nadirovun komandasını finala buraxmaq istəmir: "Tam hazırıq"

10:30

İstanbul nəhəngi nigeriyalı forvardla güclənir

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

09:00

"Real" - "Bayern" matçının ən yaxşısı bilindi

00:46

ÇL-in finalında "Real"la "Borussiya" qarşılaşacaq 

08 May 2024
23:50

Medina "Qarabağ"la müqavilə yeniləyib? - AÇIQLAMA

22:40

KL: "Fiorentina" finalda!

21:21

Virts "Real"a nə vaxt keçəcək?

21:00

Samir Nəsri əfsanəvi almanın bu planının üstünü açdı

19:35

Serb futbolçu "Yuventus"u tərk edəcək, İtaliyanı yox

18:44

İngiltərə nəhənginin yeni baş məşqçisi bilindi - Rəsmi qərar bu tarixdə açıqlanacaq

17:55

“Borussiya”nın kapitanı olduğum üçün çox fəxr edirəm" - Emre Can

17:37

"Çelsi" forvardını satışa çıxardı

17:16

"Biz yalnız Kroosa yox, mütəşəkkil komandaya qarşı oynayacağıq" - Tomas Tuxel

16:54

"Almaniyaya tez gəlsəydim, Musalanı İngiltərə millisində oynamağa razı salardım" - Harri Keyn

16:23

PFL ilə "YAŞAT" Fondu arasında memorandum imzalandı

Facebookdan bizi izləməyi unutmayın.
X