Azərbaycan atleti Lamiyə Vəliyeva Tokio 2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.
Fanat.Az xəbər verir ki, o, T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış yarışının finalında 55,00 saniyə nəticə göstərərək finişə birinci çatıb. 19 yaşlı idmançımız həmçinin yeni Paralimpiya rekordu da müəyyənləşdirib.
Finaldakı digər təmsilçimiz Yuliya Yanovskaya isə 57,18 saniyə ilə beşinci olub.
Qeyd edək ki, bu, Lamiyənin Tokio Paralimpiadasında ikinci medalı olub. O, avqustun 31-də baş tutan 100 metr məsafəyə qaçış yarışında gümüş medal qazanmışdı.
Sahib Əsədbəyli