Koronavirus pandemiyasına rəğmən UFC 249-un proqramına daxil edilən Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü (Khabib Nurmagomedov vs Tony Ferguson) baş tutacaq.
Fanat.Az xəbər verir ki, təşkilatın prezidenti Deyna Uayt (Dana White) bu barədə ESPN-in jurnalisti Brett Okamotoya məlumat verib:
"Həbib - Ferqyuson döyüşü baş tutacaq. Yəqin ki, ABŞ-da yox... Azarkeşlərsiz keçirilmə ehtimalı da var. Amma bu döyüş baş tutacaq".
Sözügedən döyüş aprelin 18-nə təyin olunub.
Fanat.Az