Yüngül çəki dərəcəsi üzrə UFC çempionu Həbib Nurməhəmmədov koronavirus pandemiyası ilə bağlı karantin qaydalarına əməl edilməsinin vacibliyinə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, rus döyüşçü instaqram hesabında bu barədə paylaşım edib:
"Vəziyyət çox ciddidi. Təmizliyinizə fikir verin və hər şeydə diqqətli olun. Özünüzü və ailənizi qoruyun, məsələyə qeyri-ciddi yanaşmayın. Uca Yaradan insanı bacarmayacağı şeylə sınağa çəkmir".
Həbib Nurməhəmmədov aprelin 18-də UFC 249 çərçivəsində Toni Ferqyusonla qarşılaşmalıdı.
Fanat.Az