Sabiq UFC çempionu Konor Makqreqor baş tutmayan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşünə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, irland döyüşçü tvitter hesabında paylaşdığı postda Toni və Həbibi qorxaq adlandırıb:
"Toni və Həbib qorxaqlıq oyunu oynadılar. Bu səfər ilk qorxub geri addım atan tərəf Həbib oldu. Artıq Toni 3:2 hesabı ilə öndədi. Həbib böhran dönəmində ABŞ-dan çıxdı və vətəninə qayıtdı. Böyük riskdi. Təbriklər, Toni".
Həbib - Ferqyuson döyüşü 5-ci dəfədi ki, baş tutmur.
Fanat.Az